Rubio: Uitkoff və Kuşner Ukrayna ilə bağlı növbəti danışıqlarda iştirak etməyəcəklər
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner Rusiya‑Ukrayna münaqişəsinin həlli üzrə növbəti danışıqlarda iştirak etməyəcəklər.
"Report"un məlumatına görə, bunu ABŞ Dövlət katibi Marko Rubio Senatda keçirilən dinləmələrdə bildirib.
O, ABŞ-nin sonrakı danışıqlarda iştirakını istisna etməyib. Rubionun sözlərinə görə, hazırda Moskva və Kiyev arasında razılıq əldə olunmayan yeganə məsələ ərazi iddialarıdır. O, bu mövzunu "çox mürəkkəb" adlandıraraq tərəflərin onun həlli üzərində çalışdıqlarını qeyd edib.
Qeyd edək ki, bu gün Rubio ABŞ və Avropadakı müttəfiqlərinin Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı ümumi razılığa gəldiyini açıqlayıb. Lakin Rusiyanın hələlik bu zəmanətlərə razılıq vermədiyini vurğulayıb.
Xatırladaq ki, 23-24 yanvar tarixlərində Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında təhlükəsizlik məsələlərinə dair üçtərəfli işçi qrupunun ilk iclası keçirilib. Tərəflərin məlumatına görə, görüşlər konstruktiv şəkildə baş tutub.
Oxşar xəbərlər
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan gömrükçüləri "Uşaq oyuncaqları" yükündən bəyan olunmayan mallar aşkarladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər













