"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
Far.Az xəbər saytı

"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib


"Bavariya" Almaniya çempionatının VI turunda doğma meydanda "Leypsiq"ə 6:1 hesabı ilə qalib gəlib.

"Far.Az" xəbər verir ki, Münhen təmsilçisinin heyətində Luis Dias 12-ci, 47-ci və 69-cu dəqiqələrdə het-trik edib. Aleksandar Pavloviç 26-cı, Maykl Olise 34-cü, Harri Keyn isə 52-ci dəqiqədə fərqlənib.

Qonaqların yeganə qolunu 90+1-ci dəqiqədə Andriya Maksimoviç vurub.

Bu, "Leypsiq"in Almaniya çempionatında ən ağır məğlubiyyətlərindən biri olub. "Bavariya" 2025-ci ilin avqustunda da rəqibini doğma meydanda 6:0 hesabı ilə məğlub edib. "Leypsiq" tarixinin ən ağır məğlubiyyətini isə 2023-cü ilin martında UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İngiltərənin "Mançester Siti" klubuna 0:7 hesabı ilə uduzarkən alıb.

Bu qələbədən sonra "Bavariya" turnir cədvəlində Dortmund "Borussiya"sına çatıb. Hər iki komandanın aktivində 14 xal var. Dortmund klubu şənbə günü səfərdə "Union"la qolsuz heç-heçə edib. "Leypsiq" isə 9 xalla yeddinci pillədə qərarlaşıb.

Növbəti turda "Bavariya" oktyabrın 25-də səfərdə "Frayburq"la qarşılaşacaq. "Leypsiq" isə bir gün əvvəl "Elversberq"i qəbul edəcək.

Oxşar xəbərlər

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda dördüncü qol vurulub - YENİLƏNİB-6
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər