Borc bazarı seqmentində mikromaliyyə sektoru üçün minimal hədd 2 dəfə azaldılacaq
Azərbaycanda borc bazarı seqmentində mikromaliyyə təşkilatları üçün minimal hədd 1 milyon manatdan 500 min manata endiriləcək.
"Report" xəbər verir ki, bunu "Bakı Fond Birjası" QSC-nin (BFB) İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov Bakıda keçirilən 1-ci İnvestor-Mikromaliyyə Forumunda bildirib.
Onun sözlərinə görə, bu, sektorun maliyyə resurslarına əlçatanlığını artırmaq məqsədi ilə edilir: "Bununla bağlı qərar var və yaxın zamanlarda qüvvəyə minəcək".
O.Qasımov vurğulayıb ki, mikromaliyyə təşkilatları xırda biznes subyektlərinin maliyyələşdirilməsində mühüm əhəmiyyət kəsb edir: "Onlar daha çox çevikdirlər və kapital bazarları ilə inkişafı onlara daha böyük töhfə gətirir. Çünki bu, həmin təşkilatların daxili transformasiyasıdır və onların IFRS tələblərinə uyğun maliyyə hesabatları açıqlanmalıdır. Bu gün BFB-də listinq seqmenti onlar üçün əlçatandır. Biz maksimum dərəcədə bu seqmenti sadələşdirmişik ki, onlara əlçatlıq asan olsun".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













