Bakı–Şamaxı yolunda yarış təşkil edən sürücülər saxlanıldı
Yolda sürət yarışı təşkil edən sürücülər saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Məlumata görə, yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal araşdırma başlanılmış və müəyyən edilib ki, 23 yanvar tarixində Bakı–Şamaxı avtomobil yolunun 14-cü kilometrliyində X. Hümbətovun idarə etdiyi "Chevrolet Cobalt"markalı, 90-YD-792 dövlət qeydiyyat nişanlı avtomobil ilə R. Qədimovun idarə etdiyi eyni markalı, 90-YH-208 dövlət qeydiyyat nişanlı avtomobil arasında sürət yarışı təşkil edilmiş, bu zaman yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradılmışdır.
Faktla bağlı Yol-Patrul Xidməti əməkdaşları tərəfindən hər iki sürücü saxlanılmış və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülmüşdür.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, yollarda sürət yarışı və məsuliyyətsiz davranışlar ağır və geri dönməz nəticələrə səbəb ola bilər. Yol hərəkəti qaydalarına əməl edilməsi hər bir sürücünün birbaşa məsuliyyətidir:
"Yollarda sürət yarışı təşkil edən, ictimai təhlükəsizliyi bilərəkdən təhdid edən bu kimi hallara qarşı bundan sonra da tərəfimizdən qətiyyətlə ən sərt hüquqi tədbirlərin tətbiqi davam etdiriləcək".
Oxşar xəbərlər
Məktəbdə BİABIRÇILIQ - Yayılan görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi layihəsinin 51 %-i icra edilib
Yolda sürət yarışı təşkil edən sürücülər saxlanılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













