Azərbaycanda idmanın inkişafı istiqamətində nöqsanlar üzə çıxıb
Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.
"Report" Palataya istinadən xəbər verir ki, iclasda qurumun auditoru Vəfa Mütəllimova 2025-ci ilin İş Planına uyğun olaraq həyata keçirilmiş tabeliyindəki olimpiya idman kompleksləri vasitəsilə Gənclər və İdman Nazirliyinin idmanın inkişafı istiqamətində fəaliyyətinin auditinin nəticələrini təqdim edib.
Müzakirələrdə nazirliyin şöbə müdirləri və digər məsul şəxslər iştirak ediblər. Qeyd olunub ki, auditin nəticələri fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcək, həmçinin Palatanın təklif və tövsiyələri nəzərə alınacaq.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurumun zəruri tədbirlər görməsi barədə qərar qəbul olunub.
2026-cı ilin İş Planına əsasən bir nəzarət tədbirinin başlanılması ilə bağlı proqram müzakirə edilərək təsdiqlənib.
İclasın sonunda gündəlikdə olan digər məsələlərə baxılıb.
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













