"Qarabağ"ın pley-offdakı 711,5 milyon avroluq rəqibi - "Nyukasl Yunayted"
"Qarabağ"ı Çempionlar Liqasında İngiltərə nəhəngi gözləyir – rəqib "Nyukasl"dır
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi bəlli olub. İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil-qərargahında keçirilən püşkatmanın nəticəsinə əsasən, Azərbaycan çempionu növbəti mərhələdə İngiltərənin "Nyukasl Yunayted" klubu ilə üz-üzə gələcək.
Far.Az-in məlumatına görə, "Nyukasl" hazırda Avropanın maliyyə baxımından ən güclü klubları sırasında yer alır.
Klubun ümumi heyət dəyəri 711,5 milyon avro olaraq qiymətləndirilir. Komandanın orta yaş həddi 28-dir və heyətdə 27 futbolçu yer alır. Onlardan 12-si legioner, 12-si isə milli komandaların üzvüdür.
"Nyukasl" ev oyunlarını 52 258 tamaşaçı tutumuna malik "St James" Park" stadionunda keçirir. Klub son illərdə transfer bazarında da aktivliyi ilə seçilir - cari mövsüm üçün transfer balansı - 102,8 milyon avro təşkil edir.
İngiltərə təmsilçisinin heyətində bir sıra dünya səviyyəli futbolçular yer alır. Komandanın ən bahalı oyunçuları bunlardır:
Sandro Tonali (İtaliya) – 75 milyon avro
Bruno Gimaraeş (Braziliya) – 75 milyon avro
Nik Voltemade (Almaniya) – 70 milyon avro
Entoni Qordon (İngiltərə) – 60 milyon avro
Entoni Elanqa (İsveç) – 50 milyon avro
Müdafiə xəttində isə Sven Botman, Malik Tyao və təcrübəli Kiran Trippyer kimi oyunçular yer alır. Qapıçı mövqeyində "Nyukasl" həm Nik Pop, həm də Aaron Ramsdeyl kimi iki güclü alternativə malikdir.
Klub İngiltərə futbolunda köklü tarixə sahibdir. "Nyukasl Yunayted" indiyədək:
4 dəfə İngiltərə çempionu,
6 dəfə İngiltərə Kubokunun,
1 dəfə Liqa Kubokunun,
2 dəfə İngiltərə Superkubokunun qalibi olub.
Komanda son 9 mövsümdür ardıcıl olaraq Premyer Liqada mübarizə aparır və hazırda çempionatın güclü kollektivlərindən biri hesab olunur.
Qeyd edək ki, bu qarşılaşma "Qarabağ" üçün növbəti böyük Avropa sınağı olacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda artıq Çempionlar Liqasında sensasiyalı çıxışı ilə diqqət mərkəzinə düşüb və indi qarşısında İngiltərə futbolunun ən bahalı və iddialı klublarından biri dayanır.
Ağdam təmsilçisi ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin görüşləri fevralın 17-18-i və 24-25-də baş tutacaq. "Köhlən atlar" bu raundu adlayacağı təqdirdə 1/8 finalda "Barselona" (İspaniya) və ya "Çelsi"yə (İngiltərə) rəqib olacaq.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Vidadi Zeynalovun MİLYONLUQ əmlakları hərraca çıxarılır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
-
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
-
"Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq"
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb













