Bakıda Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilir
Bakıda Vəkillər Kollegiyası (VK) üzvlərinin konfransı keçirilir.
"Report" xəbər verir ki, tədbirdə VK Rəyasət Heyətinin üzvləri ilə yanaşı, paytaxt və respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən vəkil qurumlarını təmsil edən nümayəndələr, fərdi qaydada fəaliyyət göstərən vəkillər olmaqla ümumilikdə 245 vəkil, habelə KİV nümayəndələri iştirak edirlər.
VK sədri Anar Bağırov konfransı açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb, Kollegiyanın son illər ərzindəki fəaliyyətinə geniş şəkildə nəzər salıb, ölkədə vəkillik institutunun keçdiyi tarixi inkişaf yolunu təhlil edib.
Sədr qeyd edib ki, ötən dövrlər ərzində vəkillik institutunun gücləndirilməsi, hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi və vətəndaşlar üçün əlçatanlığın təmin olunması istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilib. Görülən tədbirlər nəticəsində vəkillərin sayında əhəmiyyətli artım baş verib, onların peşəkar hazırlıq səviyyəsi yüksəldilib, davamlı tədris və ixtisasartırma mexanizmləri formalaşdırılıb və müasir tələblərə uyğun olaraq təkmilləşdirilib.
Eyni zamanda, vəkillərin fəaliyyətinin şəffaflığının artırılması, peşə etikası qaydalarına əməl olunmasının gücləndirilməsi və institusional idarəetmənin modernləşdirilməsisahəsində mühüm addımlar atıldığı vurğulanıb.
A.Bağırov, həmçinin, çıxışında Prezident İlham Əliyevin 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərə də toxunub. Sədr bildirib ki, bu yeniliklər vəkillik institutunun institusional baxımdan daha da möhkəmləndirilməsinə, peşə fəaliyyətinin daha səmərəli, çevik və müasir tələblərə uyğun şəkildə təşkilinə xidmət göstərir.
Daha sonra konfransda Vəkillər Kollegiyasının 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat filmi nümayiş olunub.
Gündəliyə uyğun olaraq konfrans çərçivəsində Hesablama Komissiyasının tərkibi müəyyən edilib.
Oxşar xəbərlər
Vəkil Günü münasibətilə Vəkillər Kollegiyasının təntənəli tədbiri keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Leyla Əliyeva Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsinin açılışından paylaşım edib













