Bakıda Xalq artistinin oğlunu döydülər
Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın 1981-ci il təvəllüdlü oğulları Artur Balıyev Bakıda bir qrup şəxsin hücumuna məruz qalıb.
Far.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya A.Balıyev özü məlumat verib.
O bildirib ki, hadisə dünən axşam saatlarında Binəqədi rayonu, 8-ci mikrorayon, Əcəmi Naxçıvani küçəsində baş verib:
"Axşam vaxtı tanımadığım nömrədən mənə zəng gəldi. Anamın maşınının nömrəsini deyərək, bizə məxsus olub-olmadığını soruşdu. Mən həmin yerə getdim. 90-EB-444 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobilin sürücüsü 2-3 gün əvvəl anama məxsus "BMW" markalı maşının onun avtomobilini sürtdüyünü dedi. Onlar 4 nəfər idi. Mən sürtünmə yerlərinə baxıb bildirdim ki, həmin hissələr bir-birinə uyğun gəlmir, çünki "Toyota"dakı cızıq xeyli yuxarıda idi, həm də anamın avtomobili 4 gündür heç sürülmürdü. Onlar isə təkidlə və kobud formada hadisənin bizim tərəfimizdən törədildiyini deyirdilər".
A. Balıyev qeyd edib ki, digər avtomobildəki yüngül zədənin onlara məxsus avtomobil tərəfindən törədilməməsini sübut edəndən sonra qarşı tərəf aqressivləşib və ona hücum ediblər: "Onlar söyüşlə danışmağa başladılar və mənə hücum edib zərbələr endirdilər. Başımda, üzümdə, bədənimdə çoxlu xəsarətlər var, xəstəxanaya yerləşdirilmişəm. Həm də hadisə barədə polisə məlumat vermişəm. Ərazi üzrə Binəqədi Rayonu Polis İdarəsinin 5-ci Polis Şöbəsində araşdırma aparılır".
Oxşar xəbərlər
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Xalq artisti Əminə Yusifqızı dəfn olunub
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Əməkdar artist Vahid Əliyev dəfn edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub













