Azərbaycanda hotelin hamam və saunası yanıb
Far.Az xəbər saytı

Azərbaycanda hotelin hamam və saunası yanıb


Zaqatalada mehmanxanada yanğın hadisəsi qeydə alınıb.

Far.Az APA-ya istinadən xəbər verir ki, gecə saat bir radələrində Zaqatala şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Zaqatala Hotel"in birinci mərtəbəsində hamam və sauna yerləşən hissədə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində mehmanxananın hamam və sauna yerləşən hissəsində 150 kv/m sahənin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb. Xəsarət alan şəxsə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti "açıq qapı günü" tədbirləri keçirib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər