Hakimlər Komitəsinin sədri "Turan Tovuz" - "Araz-Naxçıvan" matçındakı mübahisəli epizodu şərh edib
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının VII turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" matçındakı mübahisəli epizodu şərh edib.
"Report"un məlumatına görə, o, Naxçıvan təmsilçisinin hücumçusu Ramon Maçadonun 13-cü dəqiqədə topa oynamaq istədiyini bildirib.
"Ayağının ucu ilə “Turan Tovuz” komandasının oyunçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir. Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir. Təlimatlara əsasən, “Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik. O, ayağının ucu (butsun altı ilə deyil) ilə müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir. Təhlükəli vəziyyət olsa da, “Araz-Naxçıvan”ın oyunçusunun etdiyi qəsdən təmas/qayda pozuntusu deyil", - deyə De Blekere vurğulayıb.
Qeyd edək ki, görüş "Araz-Naxçıvan"ın qələbəsi ilə bitib - 2:1.
Oxşar xəbərlər
Frank De Blekere “Sabah” – “Turan Tovuz” matçındakı mübahisəli epizodu şərh edib
"Qarabağ" "Neftçi"ni məğlub edib - YENİLƏNİB - 6
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
"Qarabağ" - "Neftçi" oyununun ilk hissəsində üç qol vurulub - YENİLƏNİB - 3
Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarının hakimləri bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













