Nazir müavini gənclər və idman idarələrinin rəisləri ilə görüşüb
Far.Az xəbər saytı

Nazir müavini gənclər və idman idarələrinin rəisləri ilə görüşüb


Gənclər və idman nazirinin müavini Mariana Vasileva qurumun regional gənclər və idman idarələrinin rəisləri ilə görüşüb.

"Report" xəbər verir ki, o, son vaxtlar görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıb.

Ardınca "İdman paytaxtı" Quba şəhərində və regionlarda idman sahəsində keçirilən tədbirlər barədə videoçarx nümayiş olunub, videotəqdimat edilib və hesabat təqdim olunub.

Kütləvi idman tədbirləri, idman təhsili məsələləri, bölgələrdə idman menecmenti istiqamətləri, "Üzməyi öyrənək" layihəsinin yekun hesabatı və digər məsələlər müzakirə edilib.

Tədbirdə "Sağlam həyat" səyyar layihəsi haqqında videoçarx nümayiş etdirilib və səyyar maşının regionlarda təşkil olunacaq "Sağlam həyat" layihəsində faydalı olacağı qeyd edilib.

Görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov da iştirak edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
PA-nın Vətəndaş Qəbulu Mərkəzində sentyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
Sentyabr ayının hava proqnozu açıqlanıb
Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Səyyar "ASAN xidmət" Xaçmazda fəaliyyətini davam etdirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər