Gəncədə partlayış zamanı xəsarət alanlardan birinin vəziyyəti ağırdır
Far.Az xəbər saytı

Gəncədə partlayış zamanı xəsarət alanlardan birinin vəziyyəti ağırdır


Gəncə şəhərində kanalizasiya quyusu yaxınlığında qaynaq işi görülərkən baş verən partlayış zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib.

Qeyd olunub ki, bu gün saat 17:00 radələrində baş verən partlayış zamanı iki nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, bir nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Oxşar xəbərlər

Gəncədə partlayış zamanı xəsarət alanlardan birinin vəziyyəti ağırdır - YENİLƏNİB
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər