Nazir: Azərbaycanda gənclərə daim hərtərəfli dəstək göstərilir
Far.Az xəbər saytı

Nazir: Azərbaycanda gənclərə daim hərtərəfli dəstək göstərilir


Azərbaycanda gənclərə daim hərtərəfli dəstək göstərilir.

"Far.Az"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Gənclərinin XI Forumunda deyib.

Onun sözlərinə görə, bu il Azərbaycan Gənclərinin Forumunun 30 illiyi qeyd olunur və forumun azad olunmuş Xankəndi şəhərində keçirilməsi xüsusi əhəmiyyət daşıyır:

"Ölkədə gənclər siyasəti ardıcıl şəkildə həyata keçirilir, gənclərə hərtərəfli dəstək göstərilir. Xankəndidə, eləcə də azad edilmiş şəhər və rayonlarda daim bir sıra beynəlxalq tədbirlər təşkil olunur. Qarabağ bölgəsi müasir şəhərsalma prinsipləri əsasında sürətlə yenidən qurulur. Bu işlərin hər biri gənclərin gələcəyinə töhfə verir".

Nazir həmçinin qeyd edib ki, cari ildə Goranboy şəhəri "Gənclər paytaxtı" elan olunub və bu münasibətlə də silsilə tədbirlər keçiriləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Xankəndiyə gələn turistlərin sayı artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər