Xankəndi şəhərində yerləşən Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdən REPORTAJ
Far.Az xəbər saytı

Xankəndi şəhərində yerləşən Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdən REPORTAJ


Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb 1945-ci ildən Azərbaycan məktəbi kimi fəaliyyət göstərib.

Far.Az PhotoStock.az-a istinadən xəbər verir ki, məktəbin təmirdən sonra açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2024-cü il sentyabrın 19-da baş tutub.

Təhsil ocağının əsaslı təmirinə Elm və Təhsil Nazirliyinin sifarişi ilə həmin ilin mayında başlanılıb.

Məktəbin layihəsi 0.67 hektar ərazini, 3 760 kvadratmetr ümumi sahəni əhatə edir.

Məktəbdə 11 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, iki STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, həmçinin yeməkxana fəaliyyət göstərir.

Xankəndi şəhərində yerləşən Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdən fotoreportajı təqdim edirik:

Oxşar xəbərlər

Sumqayıtda 36 nömrəli tam orta məktəbin yenidənqurmadan sonra açılışı olub
Bakıda Zəfər muzeyinin açılışı olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər