Məcnun Məmmədov: Kənd təsərrüfatında süni zəkanın tətbiqi üzərinə çalışırıq
"2025-ci ildə kənd təsərrüfatının ÜDM-də payı 5,9 faiz təşkil edib".
"Far.Az" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "AzTV"yə müsahibə zamanı deyib.
"Kənd təsərrüfatı sahəsində rəqəmsal texnologiyaların və innovativ yanaşmaların tətbiqini təşviq edən "Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi" layihəsi çərçivəsində kənd təsərrüfatında süni zəkanın tətbiqi üzərinə çalışırıq. 2022-ci ildə ölkədə müasir suvarma altında təxminən 85 min hektar əkin sahəsi var idisə, bu illərdə artıq qeyd etdiyimiz ərazilər 126 min hektarı keçib. Bu, son 3 il ərzində 1,5 dəfə artım deməkdir. Biz düşünürük ki, bu yetərli deyil.
Süni zəka layihəsi çərçivəsində biz 30-a yaxın modul üzərində işləyirik. Bunların 8-9-u test mərhələsindədir. Bunlara torpaq xəritəsi, bitki xəritəsi, bitki sağlamlığı xəritəsi, fermer reytinqi, məhsuldarlığın proqnozlaşdırılması, dərmanların optimal tətbiqi, örüş və otlaqların idarə edilməsi kimi modulları misal göstərmək olar".
Onun sözlərinə görə, müxtəlif üsullarla sahələrdən toplanan məlumatlar süni zəka vasitəsilə emal ediləcək və fermerlərə daha dəqiq məlumat veriləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
WP: Respublikaçılar Trampın bir sıra təyinatlarını bloklamaq niyyətindədirlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb













