Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının 8-ci iclası yaxın vaxtlarda keçiriləcək
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında hökumətlərarası birgə komissiyanın növbəti - 8-ci iclası çox yaxın vaxtlarda keçiriləcək.
“Far.Az” xəbər verir ki, bunu n Səudiyyə Ərəbistanı Krallığının yaradılmasının 94-cü ildönümünə həsr olunmuş tədbirdə Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
“Ölkələrimiz arasında əlaqələr həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir. Biz müxtəlif beynəlxalq platformalarda Azərbaycanın mövqeyini (Qarabağ məsələsi ilə bağlı – red.) daim dəstəklədiyinə görə Səudiyyə Ərəbistanına təşəkkür edirik”, - o bildirib.
Nazir qeyd edib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı liderlərinin səyləri nəticəsində iki ölkə arasında əməkdaşlıq uğurla inkişaf edir.
“Bundan başqa, Azərbaycan-Səudiyyə Ərəbistanı hökumətlərarası komissiyasının fəaliyyəti bu əməkdaşlığın bütün sahələrdə, o cümlədən energetika, kənd təsərrüfatı və s. sahələrdə dərinləşməsinə töhfə verir. Komissiyanın növbəti, 8-ci iclası çox yaxın vaxtlarda keçiriləcək”, - Şərifov söyləyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Naxçıvanda 8 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 31 minə yaxın şəxs qəbul edilib
-
Fransa insan hüquqlarının müdafiəsi sahəsindəki tənqidə görə ABŞ-dən üzr istəyib
-
Böyük Britaniya və Aİ sammiti yenidən təxirə salınıb
-
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
-
CENTCOM rəhbəri: Biz yaxşı silahlanmışıq və istənilən vəziyyətə hazırıq
-
Fars körfəzi ölkələrinin XİN başçılarının Oman görüşü təxirə salınıb













