AMB-nin sədri: "Sahəvi banklara ehtiyac yoxdur"
Far.Az xəbər saytı

AMB-nin sədri: "Sahəvi banklara ehtiyac yoxdur"


Hazırda Azərbaycanda konkret sahə üzrə fəaliyyət göstərən banklara ehtiyac yoxdur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Azərbaycanda aqrar sahədə bankçılıqla bağlı təcrübə olub. Hazırda banklarımızın əksəriyyəti universaldır, mən düşünmürəm ki, bazarda sahəvi banka tələbat var. Bizim istəyimiz odur ki, banklararası rəqabət artsın. Bəlkə də gələcəkdə hansısa banklar müəyyən sahələri hədəf götürəcəklər, məsələn, ancaq ipoteka kreditləşməsi ilə məşğul olacaqlar. Amma bu gün bildiyim qədər belə banklara ehtiyac yoxdur," - deyə o qeyd edib.

Oxşar xəbərlər

Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər