Bakıda ağac binanın üstünə aşdı
Far.Az xəbər saytı

Bakıda ağac binanın üstünə aşdı


Bakının Nərimanov rayonu ərazisində güclü külək ağacı aşırıb və binalardan birinin üstünə salıb.

Bu barədə vətəndaşlar Far.Az-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilir ki, ərazi üzrə JEK nümayəndələri gəlib əraziyə baxıblar və lentləyiblər.

"İndi qalmışıq təhlükəli ərazidə. Deyirlər Yaşıllaşdırma İdarəsindən gəlib ağacı kəsməlidirlər. Lakin hələ də gələn yoxdur", - deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı adıçəkilən quruma müraciət etdik. Bildirildi ki, problem araşdırlacaq və həlli istiqamətində tezliklə tədbir görüləcək.

Xatırladaq ki, axşam saatlarından davam edən güclü külək nəticəsində fevralın 4-ü saat 12-00-ə şəhər üzrə 37 ağacın sınması, 23 ağacın budaqlarının qırılması qeydə alınıb.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Azərbaycan və BƏƏ prezidentləri Şuşada güllələnmiş heykəllərə baxıblar
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər