Şəmsi Səmədzadənin saxlanılmasının detalları: Oğlu da yanında olub
Far.Az xəbər saytı

Şəmsi Səmədzadənin saxlanılmasının detalları: Oğlu da yanında olub


Gürcüstan dövləti tərəfindən saxlanılan tanınmış azərbaycanlı iş adamı Şəmsi Səmədzadənin (Səmədoğlu) tutulmasının detalları məlum olub.

Far.Az Demokrat.az-a istinadən xəbər verir ki, Şəmsi Səmədzadə və oğlu Niyazi Səmədzadə soydaşlarımızın kompakt yaşadığı Gürcüstan ərazisində gecə saatlarında 10 baş iribuynuzlu heyvanı oğurlayarkən ifşa ediliblər. Azərbaycanlı iş adamı və oğlu yaxın günlərdə Gürcüstan dövləti tərəfindən məhkəməyə çıxarılacaq.

Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək ömürlük cəzaya məhkum edilib. Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər