Energetika nazirinin Qubada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Far.Az xəbər saytı

Energetika nazirinin Qubada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib


Energetika naziri Pərviz Şahbazovun fevralın 6-da Qubada keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

"Far.Az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, qəbul fevralın 20-də saat 11:00-dan başlayaraq Quba rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ4000, Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) keçiriləcək. Nazir Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin "974" Çağrı Mərkəzi, 598-16-55 "Qaynar Xətt"i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Xaçmaz filialı (əlaqələndirici şəxs Famil Əliyev; əlaqə telefonları: (+99423) 325-12-38, (050) 235-17-57, elektron poçt ünvanı: [email protected] vasitəsilə müraciət edə bilərlər.

Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış "Qəbula yazılmaq" bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.

Oxşar xəbərlər

The Central Point Hotel - Bakının mərkəzində istirahət və iş üçün ideal ünvan
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Pərviz Şahbazov Saatlıda vətəndaşları qəbul edəcək
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Energetika naziri Xaçmazda vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər