Vaşinqton Postda kütləvi İXTİSAR - Redaksiya heyəti üçdə bir azalır
Cef Bezosun sahibi olduğu Vaşinqton Post qəzetində genişmiqyaslı ixtisar qərarı verilib.
Far.Az xarici mediaya istinadən xəbər verir ki, nəşr işçi heyətinin təxminən üçdə birini ixtisar edəcək. Qərara əsasən ixtisar idman, yerli və xarici xəbərlər bölmələrini əhatə edir.
Baş redaktor Matt Murray bu addımın maliyyə sabitliyi üçün atıldığını bildirib. Onun sözlərinə görə, süni intellektin yüksəlişi və oxucu vərdişlərinin dəyişməsi son illərdə qəzetin onlayn oxunmasını xeyli azaldıb.
İxtisarlar Orta Şərq və Ukraynada çalışan müxbirlərə, eləcə də Vaşinqton bölgəsi üzrə yerli xəbər komandasına təsir edib. Qərar redaksiya daxilində və keçmiş rəhbərlər tərəfindən tənqid olunub.
Qeyd olunur ki, Vaşinqton Post son dövrlər abunəçi itkisi ilə də üzləşir.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Süni intellektin mediada tətbiqi" mövzusunda seminarlara başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













