Qurban Qurbanov: "Neftçi" ilə oyunun təxirə salınmamasında problem görmürəm"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXI turunda baş tutacaq "Neftçi" ilə oyunun təxirə salınmamasında problem görmür.
"Far.Az" xəbər verir ki, mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib.
O, sosial şəbəkələrdə məsələnin müzakirə olunmasına toxunub:
"Sosial şəbəkələrdə yoxam. Amma hər hadisəyə normal yanaşıram. Bu, kimisə haqlı və ya haqsız çıxarılası mövzu deyil. Peşəkar Futbol Liqasına (PFL) "Neftçi" ilə qarşılaşmanın təxirə salınması ilə bağlı müraciət etmişik. Həmin vaxt rəqib "Neftçi" və digər kollektiv də ola bilərdi. Hansısa fikir bildirmək istəmirəm. Biz niyə müraciət etdik? Çünki bu, PFL-in reqlamentində var. Amma təxirə salınmadı. Burada ciddi problem görmürəm. Onların da öz proqramları və hazırlıq prosesləri var. Bunu başa düşürəm. Daha əvvəl təxirə salınan və ya vaxtı dəyişdirilən matçlar olub. Bu dəfə olmadı deyə kimdənsə küsmək fikrimiz yoxdur. Daha dərindən düşünürək oyunlara hazırlaşmalıyıq".
Q.Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Şamaxı"ya uduzduqları ilk oyuna (1:2) da toxunub:
"İlk növbədə azarkeşlərə təşəkkür edirəm. Belə hava şəraitində bizi tək qoymadılar. Kubokda ilk matçımız idi. Bizim üçün ciddi nəticə oldu. Cavab qarşılaşmasına daha ciddi hazırlaşmalıyıq. Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar".
Qeyd edək ki, "Neftçi" klubu "Qarabağ"la çempionat görüşünün təxirə salınmasına razılıq verməyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













