"Barselona" Levandovskiyə maaşını azaltmaq şərti ilə yeni müqavilə təklif etməyi düşünür
İspaniya təmsilçisi "Barselona" 37 yaşlı hücumçusu Robert Levandovski ilə müqavilənin müddətini daha bir mövsüm uzatmağı planlaşdırır.
"Report" "ESPN" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu polşalı futbolçuya maaşını azaltmaq şərti ilə yeni müqavilə təklif etməyi nəzərdən keçirir.
Bildirilir ki, komandanın baş məşqçisi Hans-Diter Flik Levandovskinin intizamlı oyunundan və meydandakı çıxışından razıdır.
"Barselona" rəhbərliyi futbolçunun sözləşməsini ən azı 2027-ci ilin iyun ayına qədər uzatmaq üçün müxtəlif variantları dəyərləndirir.
Qeyd edək ki, Levandovski 2022-ci ilin yayından "Barselona"da çıxış edir. O, cari mövsüm bütün turnirlərdə 27 oyunda meydana çıxaraq 12 qol vurub və 3 məhsuldar ötürmə edib. Hücumçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı Levandovskinin bazar dəyərini 9 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub













