DİN sosial şəbəkələrdə yayılan insident görüntülərinə aydınlıq gətirib
Far.Az xəbər saytı

DİN sosial şəbəkələrdə yayılan insident görüntülərinə aydınlıq gətirib


Sosial şəbəkələrdə polis əməkdaşlarının guya qazi kimi təqdim olunan şəxsə fiziki güc tətbiq etməsi ilə bağlı yayılmış görüntülərlə bağlı araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, müəyyən edilib ki, hadisə 3 noyabr 2025-ci il tarixdə baş verib.

Görüntüdəki şəxs əvvəllər Rusiya Federasiyasında bir neçə dəfə narkotik maddələrin satışı ilə bağlı həbs olunmuş 1982-ci il təvəllüdlü Həsənov Fikrət Arif oğludur.

O, uzun müddət Rusiyada yaşayıb, ümumiyyətlə hərbi xidmət keçməyib, onun qazi, müharibə iştirakçısı kimi təqdim olunması iddiaları tamamilə əsassızdır.

Fikrət Həsənov sonuncu dəfə 2024-cü ildə Bakı şəhərində külli miqdarda narkotik vasitə satışı ilə əlaqədar saxlanılaraq barəsində cinayət işi başlanılmış, özü də narkotik asılılığından əziyyət çəkdiyindən məhkəmənin qərarı ilə məcburi müalicə mərkəzinə yerləşdirilib.

3 noyabr 2025-ci il tarixdə Fikrət Həsənov kəsici alət əldə edərək xəstəxananın tibbi personalının həyat və sağlamlığı üçün təhlükəli davranış nümayiş etdirdiyindən məsul həkimin çağırışı əsasında orada xidmət aparan polis əməkdaşları tərəfindən müdaxilə edilərək hərəkətlərinin qarşısı alınıb.

İnsidentin qarşısı alınarkən lazımsız güc tətbiq etmiş polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparılıb, onlar daxili işlər orqanlarından xaric olunaraq barələrində müvafiq tədbirlər görülüb.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Məktəbdə BİABIRÇILIQ - Yayılan görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər