Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf imkanları müzakirə olunub
Far.Az xəbər saytı

Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf imkanları müzakirə olunub


Pakistanda səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, kontr-admiral Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin HDQ komandanı admiral Navid Əşrəf ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə komandanlar hər iki ölkənin HDQ-ləri arasındakı əlaqələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, həmçinin təcrübə mübadiləsi və hərbi dənizçilərin peşəkarlığının artırılması məqsədilə birgə təlimlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

Sonra Pakistanın Federal müdafiə naziri Asif Məhəmmed Xavaca ilə görüşən Ş.Məmmədov Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Pakistan Donammasının Komandanı vitse-admiral Abdul Muniblə görüşdən sonra HDQ komandanı bu ölkədə təhsil alan hərbi qulluqçularımızı ziyarət edib, onların təhsilləri ilə maraqlanıb.

Səfər çərçivəsində Ş.Məmmədov Pakistanın gəmi təmiri müəssisələrində yaradılan şəraitlə tanış olub.

Qeyd edək ki, HDQ komandanının qardaş ölkəyə səfəri hər iki ölkənin HDQ-ləri arasında əməkdaşlığın, hərbi təhsil və hərbi-texniki məsələlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Oxşar xəbərlər

Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyeva Luvr Əbu-Dabi muzeyini və İbrahim Ailə Evini ziyarət edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər