Tərtərdə 146 kq at ətini mal əti adı ilə satmağa hazırlaşan dəstə tutulub
Far.Az xəbər saytı

Tərtərdə 146 kq at ətini mal əti adı ilə satmağa hazırlaşan dəstə tutulub


Tərtər rayonunda qanunsuz ət kəsimi ilə məşğul olan dəstənin üzvləri saxlanılıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, Tərtər rayonunda polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərinin iştirakı ilə keçirdikləri tədbir zamanı qanunsuz ət kəsimi ilə məşğul olan Tural Cəfərov, Seymur Məmmədov, Seyfəddin Quliyev və Həsən Cəfərli saxlanılıblar.

T.Cəfərova məxsus yarımtikiliyə baxış zamanı çəkisi 146 kiloqram olan qidaya yararsız at əti aşkarlanıb. Saxlanılanlar yararsız at ətini mal əti adı altında Bakı şəhərinə apararaq orada satmaq niyyətində olduqlarını bildiriblər.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakının Ağ Şəhər ərazisində kütləvi ağac kəsimi: Saxlanılanlar var
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər