Elmar Mirsalayev: "Bu il sığorta bazarında azı 10 % artım gözlənilir"
Bu il Azərbaycanın sığorta bazarında azı 10 % artım gözlənilir.
"Far.Az" xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin İcraçı direktoru Elmar Mirsalayev bildirib.
Onun sözlərinə görə, son illər sığorta sektoru davamlı böyümə və dayanıqlılıq nümayiş etdirir: "Bu tendensiyanı növbəti dövrlərdə də müşahidə edəcəyimizə inanırıq. Azərbaycan iqtisadiyyatının və maliyyə sektorunun əsas böyümə və hədəf indikatorlarını müəyyən edən, dövlət başçısının təsdiq etdiyi "2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədlərində sığorta sektorunun böyüməsinə dair hədəf minimum 10 % müəyyən edilib. Sektor artıq 5-ci ildir ki, bu hədəf minimumunu üstələyir. Həyata keçirilən davamlı islahatlara və sektorun aktiv fəaliyyət qabiliyyətliliyinə arxalanaraq əminliklə deyə bilərəm ki, 2026-cı ildə də bazar böyüməsi davam edəcək və bu böyümə göstəricisi az 10 % olacaq".
İcraçı direktor qeyd edib ki, böyümə həm istehlakçı artımı, həm də inam deməkdir: "Artıq vətəndaşlarımız öz risklərinin fərqinə varır, o riskləri sığorta mexanizmi ilə idarə edib xərclərini təminat altına ala bilir. İnsanlar bu reallığı qəbul edir ki, həyat sığorta ilə rahatdır. Məsələyə qlobal aspektdən yanaşsaq, güclü sığorta güclü iqtisadiyyat, güclü iqtisadiyyat isə güclü Azərbaycan deməkdir".
Xatırladaq ki, 2025-ci ildə Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 504,709 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2024-cü ilə nisbətən 11,2 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 920,395 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 22,3 % çoxdur.
Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,2 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 55,6 manat olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













