Deputat: Minimum əməkhaqqı və pensiyaların artırılması ilə bağlı təkliflərin noyabrın 1-dək təqdim ediləcəyi gözlənilir
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təklifləri noyabrın 1-dək təqdim edəcəyi gözlənilir.
"Far.Az" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov paylaşım edib.
Onun sözlərinə görə, növbəti ilin büdcə sənədləri çərçivəsində müzakirələrin davam etdiriləcəyi və maliyyə yükünü hesablanacağı gözlənilir.
V.Bayramov eyni zamanda pensiya və əməkhaqqı ilə yanaşı digər hansı ödənişlərin artırılması məsələsinə də aydınlıq gətirib:
"Gələn ilin büdcə sənədinə əsasən, gələn dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olacağı proqnozlaşdırılır. Bu il bu istiqamətə 4 milyard 391 milyon manat ayrılması nəzərdə tutulub. Deməli, gələn sosial xərclər 14 faiz artırılacaq. İlkin sənəddə sosial müdafiə və sosial təminat xərclərinin stukturu qeyd edilməsə də əlavə etmək lazımdır ki, sosial sektora vəsaitlərin böyük qismi Dövlət Sosial Müdafiə Fondunun xətti ilə yönəldilir. Yəni, sözügedən büdcə maddəsində nəzərdə tutulandan daha çox vəsait sosial sferaya yönəldilir. Büdcənin ilkin parametrləri göstərir ki, 2025-ci ildə sosial paketin dərinləşməsi prioritet olacaq. Konkret artımlar ilə bağlı bütün məlumatların isə büdcə müzakirələri zamanı təqdim olunacağı gözlənilir".
Qeyd edək ki, sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın yenə də artırılacağı barədə göstəriş verdiyini deyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub
Sentyabr ayının hava proqnozu açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib
-
ABŞ-də təyyarə eniş zamanı yük maşınına çırpılıb
-
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR ARTIB
-
Amerikalı məşhur falçı bu şəhərlərin YOX OLACAĞINI dedi
-
Həsrət Cəfərov: "Özümü böyük futbol azarkeşi hesab etməsəm də, "Qarabağ"ın oyunlarını izləyirəm"
-
Marketdə vaxtı keçmiş məhsullar aşkarlandı - FOTOLAR













