Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiyanın Federal Əmək və Məşğulluq Xidmətinin rəhbəri Mixail İvankovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Görüşdə bildirilib ki, Azərbaycan və Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əlaqələr də daim genişlənir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsi, səyləri ilə iki ölkənin münasibətlərinin daim yüksələn xətlə inkişaf edərək müttəfiqlik səviyyəsinə çatdığını vurğulayıb. Həmçinin əmək, məşğulluq və sosial müdafiə sahələrində də uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edib.
Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Sosial Təminat Assosiasiyası, MDB dövlətlərinin Əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurası çərçivəsində də fəal əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Son illərdə iki ölkənin aidiyyəti qurumları arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi, habelə pensiya təminatı sahəsində əməkdaşlığa dair imzalanmış Sazişlərin önəmi, əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğu vurğulanıb.
Ölkəmizdə son illər aparılan sosial islahatlar, DOST konsepsiyası, əmək və məşğulluq, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin təşkili, sosial müdafiə sahələrində innovativ həllərin geniş tətbiqi istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib.
M.İvankov ölkəsi ilə Azərbaycanın ikitərəfli münasibətlərinin davamlı inkişafından məmnunluğunu bildirib. O, sosial islahatlar prosesində daim genişlənən əməkdaşlığın, təcrübə mübadilələrinin əhəmiyyətindən bəhs edib. Görüşdə əmək və məşğulluq sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Oxşar xəbərlər
Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edilib - YENİLƏNİB
Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlər mübadilə edilib - YENİLƏNİB-1
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Tarixi addım: Putinin ərazi bütövlüyünü tam təmin etdiyi dövrdə Azərbaycana baş tutan səfəri - ŞƏRH
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BOKT-unun təsisçisi dəyişib
-
Mentor, "yaşam koçu", motivasiya təlimçisi: Dəstək, yoxsa bahalı trend?
-
ÜST rəhbəri: Sərhədlərin bağlanması Ebolanın yayılmasının qarşısını almayacaq
-
Məsud Pezeşkian: İranın siyasəti qonşularla əməkdaşlığın genişləndirilməsinə yönəlib
-
Azərbaycan millisinin üzvü Mirmehdi Rzayev: "İtaliya ilə matçda mütləq qələbə qazanmalıyıq"
-
Kəmaləddin Heydərov Xırdalanda vətəndaşları qəbul edəcək













