"Barselona" La Liqanın XXIII turunda "Malyorka"nı darmadağın edib
Far.Az xəbər saytı

"Barselona" La Liqanın XXIII turunda "Malyorka"nı darmadağın edib


"Barselona" İspaniya futbol çempionatının XXIII turunun matçında "Malyorka" üzərində qələbə qazanıb.

"Far.Az" xəbər verir ki, görüş "Kamp Nou" stadionunda keçirilib və 3:0 hesabı ilə başa çatıb.

Qələbə toplarını 29-cu dəqiqədə Robert Levandovski, 61-ci dəqiqədə Lamin Yamal və 83-cü dəqiqədə Mark Bernal vurub. 18 yaşlı Bernal üçün bu qol kataloniyalıların əsas komandasında ilk olub.

Bu qələbədən sonra "Barselona" 58 xalla La Liqanın turnir cədvəlində liderliyi qoruyur. İkinci yerdə "Real" (54 xal, ehtiyatda bir oyunu var) qərarlaşıb. İlk "üçlüy"ü paytaxt "Atletiko"su tamamlayır (45 xal, ehtiyatda bir oyunu var).

"Malyorka" 24 xalla 15-ci yerdədir.

Oxşar xəbərlər

"Barselona" La Liqanın 23-cü turunda "Malyorka"nı darmadağın edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər