Xırdalan-Binəqədi yolunda BMW saxlanıldı - Sürücünün Narkotik aludəçisi olduğu üzə çıxdı
Far.Az xəbər saytı

Xırdalan-Binəqədi yolunda BMW saxlanıldı - Sürücünün Narkotik aludəçisi olduğu üzə çıxdı


Xırdalan-Binəqədi yolunda hərəkətdə olan BMW markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Far.Az-ə verilən məlumata görə, sənədlərin yoxlanılması zamanı avtomobili idarə edən Elşən Məmmədovun sürücülük hüququnun olmaması aşkarlanıb.

Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunan E.Məmmədov məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Xırdalan-Binəqədi yolunda BMW saxlanıldı - Sürücünün Narkotik aludəçisi olduğu üzə çıxdı

Oxşar xəbərlər

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu aşkarlanıb
Narkotik aludəçisi olan sürücü stasionar postda SAXLANILDI
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər