Bakıda "Asiman" qalereyasının açılışı və "Susuzluq" rəsm silsiləsinin təqdimatı olub
Bakıda "Asiman" qalereyasının açılışı və azərbaycanlı rəssam İntiqam Ağayevin "Susuzluq" adlı yeni rəsm silsiləsinin təqdimatı baş tutub.
Qalereyanın mətbuat xidmətindən "Far.Az"a bildirilib ki, "Susuzluq" rəssamın müasir dövrün ən aktual problemlərindən birinə - həyatın və yaddaşın mənbəyi olan su ehtiyatlarının tükənməsinə həsr olunmuş yeni işlər silsiləsidir.
Əsərlərdə Xəzər dənizinin və Kür çayının quruması, Abşeronun təbii landşaftının deqradasiyası əks olunub. Bu ekoloji faktlar itki, narahatlıq və dünyanın kövrəkliyi kimi anlayışların vizual metaforaları şəklində təqdim edilib.
"Asiman" təxəllüsü ilə tanınan rəssamın yaradıcılığında Abşeron məkanı keçmişlə bugünün, təbiətlə insan müdaxiləsinin nəticələrinin toqquşduğu məkandır. Rəsmlərdə torpaqdakı çatlar və suyun nadir izləri yaddaşı və zaman burulğanlarını simvolizə edir.
"Susuzluq" silsiləsi ekoloji fəlakətin sadə illüstrasiyası deyil, daha çox emosional jest və bədii şahidlikdir. Rəssam boyakarlıq dili vasitəsilə tamaşaçıları insan məsuliyyətinin sərhədləri və laqeydliyin bədəli haqqında düşünməyə vadar edir.
Tədbirdə tanınmış mədəniyyət xadimləri, görkəmli rəssamlar, eləcə də Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat katibi Ceyhun Musaoğlu, yazıçı Arif Ərşad, Sumqayıtın "Dostlar Klubu"nun üzvü Əli Əmirli, hərbi ekspert Tərlan Eyvazov və digər ictimai xadimlər iştirak ediblər.
Açılış mərasimində giriş nitqi ilə qalereyanın direktoru İqbal Həsənəlizadə və layihənin art-meneceri Sofiya Frank çıxış ediblər. Həmçinin qonaqlara da söz verilib, onlar sərgi, həmçinin qalereyanın fəaliyyəti ilə bağlı təəssüratlarını bölüşüblər.
Qeyd edək ki, İntiqam Ağayev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin məzunudur, əsasən impressionizm üslubunda çalışır və yağlı boya texnikasında əsərlər yaradır. Onun işləri həm Azərbaycanda, həm də xaricdə sərgilənib və şəxsi kolleksiyalarda saxlanılır.
Asiman qalereyası paytaxtın mərkəzində yerləşən, Azərbaycan Rəssamlar İttifaqına məxsus binanın mansard mərtəbəsində fəaliyyət göstərir və eyni zamanda yaradıcılıq emalatxanası funksiyasını daşıyır. Qalereyada hər ay yenilənmiş ekspozisiya təqdim olunacaq.
Sərgi 28 fevrala qədər davam edəcək, növbəti sərgi Novruz bayramı mövzusuna həsr olunacaq.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Zəfər muzeyinin açılışı olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" Rahil Məmmədovu transfer edib
-
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib
-
"Kalyari" Daniel Maldinini icarəyə götürüb
-
Əli Nikzad: Hücum zamanı ABŞ-yə kömək edənlər raket hədəfinə çevriləcək
-
Tehranda sənaye obyektində yanğın baş verib, ölən və yaralananlar var
-
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib













