Azərbaycanın stolüstü tennisçisi yeni mövsümə uğurla başlayıb
Far.Az xəbər saytı

Azərbaycanın stolüstü tennisçisi yeni mövsümə uğurla başlayıb


Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə yeni mövsümə uğurla başlayıb.

"Far.Az" Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, milli üzvü Tunisin paytaxtında keçirilən "WTT Youth Star Contender Tunis 2026" turnirində parlaq nəticə göstərib.

U-15 yaş dərəcəsində mübarizə aparan idmançı qoşa yarışlarda almaniyalı həmkarı Lukas Vanq ilə birlikdə çıxış edib. Bütün görüşləri qələbə ilə başa vuran cütlük turnirin baş mükafatına layiq görülüb.

Qeyd edək ki, O.Quluzadə şəxsi yarışlarda da uğurlu çıxışını davam etdirir. Yarımfinala yüksələn idmançımız ən azı bürünc medalı artıq təmin edib.

Oxşar xəbərlər

"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
İlham Əliyevin Slovakiya Milli Şurasının sədri ilə təkbətək və geniş tərkibdə görüşləri olub
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Azərbaycanın stolüstü tennisçisi Tunisdə turnirlərə qatılacaq
"Yüksələn işıq": REZA-nın fotosərgisi Heydər Əliyev Beynəlxalq Aeroportunda təqdim olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər