İraq Suriyadan gətirilən 2,2 min İŞİD üzvünü qəbul edib
Far.Az xəbər saytı

İraq Suriyadan gətirilən 2,2 min İŞİD üzvünü qəbul edib


İraq təhlükəsizlik xidmətləri Suriyadan gətirilmiş İŞİD tərəfdarları və döyüşçülərinin sayını açıqlayıb.

Far.Az-in İNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İraq təhlükəsizlik xidmətlərinin mətbuat mərkəzinin rəhbəri general-leytenant Səad Maan məlumat verib.

Hazırda İraq ərazisində Suriyadakı xüsusi düşərgələrdən və həbsxanalardan köçürülmüş 2,2 mindən çox keçmiş İŞİD üzvü yerləşdirilib. İraq hökuməti və təhlükəsizlik qüvvələri onların yerləşdirilməsi və prosedur işlərini idarə etməyə hazırdır.

Xüsusi qruplar artıq gətirilmiş şəxslərlə bağlı ilkin araşdırmalara başlayıb. Onların təhlükəlilik səviyyəsi, qruplaşmada rolu və etiraf ifadələri toplanır. İraq tərəfi İŞİD-in cinayətlərində iştirak etmiş bütün şəxslərin ölkə məhkəmələrində mühakimə olunacağını açıqlayıb.

Həmçinin, İraq Xarici İşlər Nazirliyi terrorçu qruplaşmanın cinayətlərinə qarışmış vətəndaşlarının təhvil verilməsi məsələsində bir sıra ölkələrlə əlaqə saxlayır. Digər ölkələrə verilmə prosesi yalnız İraq tərəfindən hüquqi tələblərin tam yerinə yetirilməsindən sonra başlayacaq.

Qeyd edək ki, ABŞ-ın Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada saxlanılan İŞİD üzvlərinin İraqa köçürülməyə başladığını bildirmişdi. CENTCOM-un məlumatına görə, gətiriləcək İŞİD tərəfdarı və döyüşçülərinin sayı gələcəkdə 7 minə çata bilər.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər