Azərbaycan beynəlxalq silah sərgisində 180 adda hərbi məhsulu nümayiş etdirir
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın aparıcı müdafiə sənayesi tədbirlərindən biri olan "World Defence Show 2026" beynəlxalq sərgisi öz işinə başlayıb.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Bildirilib ki, sərgidə "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinə məxsus 127 adda, həmçinin Azərbaycanın "6LSystems", "RD Smart", "Q-STP", "Synapline", "USH Group" və "İTX Motors" şirkətlərinin 53 adda müasir hərbi məhsulları nümayiş olunur.
Ən son hərbi texnologiya, avadanlıq və sistemlərin təqdim edildiyi "World Defence Show 2026" sərgisinə 76-dan çox ölkədən 773-dən artıq şirkət və 441-dən çox rəsmi nümayəndə heyəti qatılıb. Tədbirdə 106 mindən çox ziyarətçinin iştirak edəcəyi gözlənilir.
Sərgi çərçivəsində nazir V.Mustafayev Slovakiya Baş nazirinin müavini, müdafiə naziri Robert Kalinak ilə görüşüb. Görüş zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Memorandum imzalanıb.
V.Mustafayev, həmçinin Malayziya müdafiə naziri Dato Seri Haji Mohamed Khaled Nordin ilə də görüşüb. Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri, texnoloji tərəfdaşlıq imkanları müzakirə olunub.
Qeyd edək ki, "World Defence Show 2026" sərgisi fevralın 12-də başa çatacaq.
Oxşar xəbərlər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Leyla Əliyeva Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib
"Sabah Investment Group", "Reportage Group" və "Elie Saab"dan Azərbaycada ilk brend yaşayış layihəsi:"Panorama by Elie Saab"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
-
Bakıya gəlmək istəyən erməni tankları













