MM sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil haqqının dövlət hesabına qarşılanmasını qəbul edib
Milli Məclis sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycanın təhsil müəssisələrindəki əlavə təhsil istisna olmaqla ödənişli təhsilinin dövlət tərəfindən qarşılanmasını qəbul edib.
"Report" xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, "Təhsil haqqında" qanunun 14.8-1-ci maddəsinə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi" Qaydasının 8.2-ci bəndinə əsasən yenidən hazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili yalnız ödənişli əsaslarla həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün dəlavə təhsil ödənişlidir və onların təhsilinə dövlət büdcəsindən vəsait ayrılmır.
Sənəddə qeyd edilib ki, bu xüsusda, sözügedən məsələ ilə bağlı yuxarıda qeyd olunan normativ hüquqi aktlar arasında ziddiyyətin aradan qaldırılması məqsədilə "Təhsil haqqında" qanunun 14.8-1-ci maddəsində dəqiqləşdirmə xarakterli müvafiq dəyişikliklər edilir.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
Leyla Əliyeva Bülbül adına Orta İxtisas Musiqi Məktəbində olub
Tələbə olmaq istəyənlərə ŞAD XƏBƏR - Bu şəxslərin təhsil haqqını dövlət qarşılayacaq
Ali məktəblərə ixtisas seçimi başlayıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozub
-
Əraqçi: Qonşularımız bizim prioritetimizdir
-
Naxçıvanda ağır QƏZA: bir nəfər ölüb, üç nəfər xəsarət alıb
-
"Axios": İranın yeni təklifi Hörmüz boğazının açılmasını nəzərdə tutur
-
ABŞ Sakit okeanda narkotik daşıyan daha bir gəmiyə zərbə endirib
-
Yasamalda 16 yaşlı yeniyetməni avtomobil vuraraq öldürüb













