İspaniyada lunaparkda qəza: "Steel Max" oyuncağının trosu qopdu, 4 nəfər yaralandı
İspaniyanın Sevilla şəhərində lunaparkda baş verən qəza nəticəsində 4 nəfər xəsarət alıb.
Far.Az xəbər verir ki, hadisə illik yarmarka çərçivəsində fəaliyyət göstərən attraksionlardan birində qeydə alınıb. "Steel Max" adlı və "nəhəng sapand" kimi tanınan oyuncağın troslarından biri qopub.
Məlumata görə, trosun qırılması nəticəsində iki nəfərlik kapsul yüksək sürətlə dirəyə çırpılıb və daha sonra havada asılı vəziyyətdə qalıb. Qəza zamanı kapsulda olan iki uşaq, həmçinin attraksionun yaxınlığında olan daha iki nəfər yaralanıb.
Hadisə yerinə cəlb olunan xilasedicilər ərazini mühafizəyə götürərək kapsulda qalan şəxsləri təxliyə ediblər. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Steel Max" elastik kabellər vasitəsilə işləyən attraksiondur və kapsulu saatda 160 kilometr sürətlə 90 metrdən çox yüksəkliyə atmaq imkanına malikdir.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Xatirə İslamdan qarlı havada FOTOSESSİYA
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün IX sinif şagirdləri imtahan veriblər - YENİLƏNİB
-
"Mançester Siti" İngiltərə Kubokunun finalına çıxıb
-
Trampın iştirak etdiyi tədbirdə silahı insident: Prezident və xanımı təxliyə edildi
-
Tramp İranla telefon danışıqlarının davam etdiriləcəyini düşünür
-
Tramp qəbulu zamanı atəş açan şəxsin saxlanıldığını açıqlayıb
-
Yaponiyada 1400 yanğınsöndürən güclü meşə yanğınları ilə mübarizə aparır













