"Sabah" Premyer Liqada 50-ci ev qələbəsini qazanıb
Far.Az xəbər saytı

"Sabah" Premyer Liqada 50-ci ev qələbəsini qazanıb


"Sabah" Misli Premyer Liqasında doğma meydanda 50-ci qələbəsini qazanıb.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley XIX tura təsadüf edib.

Paytaxt təmsilçisi öz meydanında "Araz-Naxçıvan"ı 4:1 hesabı ilə məğlub edib.

Bakı klubu evdəki 50-ci qalibiyyətini 115-ci matçında əldə edib. Bununla da "Sabah" turnir tarixində öz meydanında ən azı 50 qələbə qazanan 18-ci komanda olub.

Qeyd edək ki, 2018/2019 mövsümündən Premyer Liqada çıxış edən "Sabah" ilk ev qalibiyyətini 2018-ci il sentyabrın 16-da "Qəbələ" üzərində əldə edib (1:0).

Oxşar xəbərlər

AMEA-nın 80 illik yubiley yığıncağı keçirilib, İlham Əliyev çıxış edib
Bakı şəhərinin sevilən Qış nağılı yenidən Fəvvarələr meydanında!
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Turistlərin sevimli şəhərinə çevrilmiş paytaxt Bakı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər