Gələcəkdə əlilliyin qiymətləndirilməsində süni intellektdən istifadə olunacaq
Far.Az xəbər saytı

Gələcəkdə əlilliyin qiymətləndirilməsində süni intellektdən istifadə olunacaq


Gələcəkdə əlilliyin qiymətləndirilməsində süni intellektin imkanlarından istifadə olunacaq.

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Orxan Salahov "Rəqəmsallıq və sosial informasıyanın inkişaf dinamikası" mövzusunda keçirilən elmi konfransda deyib.

Onun sözlərinə görə, süni intellektin tətbiqi üçün texnoloji inkişaf olmalıdır:

"Texnoloji yeniliklər, toplanmış məlumatlar, inteqrasiya kifayət qədər olmalıdır. Qlobal səviyyəyə çıxmaq üçün əvvəlcə yerli səviyyədə işləri düzgün qurmaq lazımdır. Bu baxımdan, məsələn, sosial sahələrdə vətəndaşlara xüsusi dəstək göstərməklə onların həssas ehtiyaclarını qarşılayan xidmətlər təşkil edə bilərik".

O.Salahov bildirib ki, vətəndaşların ən çox müraciət etdiyi sahələr çağrı mərkəzləri, əlilliyin qiymətləndirilməsidir:

"Təəssüf ki, cüzi də olsa əlilliyin qiymətləndirilməsində saxtakarlıqlara yol verilməsinə cəhd olunur. Əlilliyin qiymətləndirilməsi üçün gələcəkdə süni intellekt imkanlarından istifadə hədəf kimi qoyulub. Burada məqsəd həkimlərin işinə mane olmamaq, sadəcə, işlərin daha da sürətləndirilməsidir".

Oxşar xəbərlər

Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
"Süni intellektin mediada tətbiqi" mövzusunda seminarlara başlanılıb
MEDİA "Süni intellektin mediada tətbiqi" mövzusunda seminar keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər