AFFA Premyer Liqanın XIX turu ilə bağlı cərimə və cəzaları açıqlayıb
Far.Az xəbər saytı

AFFA Premyer Liqanın XIX turu ilə bağlı cərimə və cəzaları açıqlayıb


AFFA Misli Premyer Liqasının XIX turu ilə bağlı cərimə və cəzaları açıqlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Turun ən böyük cəriməsi "Araz-Naxçıvan" klubuna kəsilib. Fevralın 8-də keçirilən "Sabah" – "Araz-Naxçıvan" oyunu Naxçıvan təmsilçisinin meydana gec çıxması səbəbindən gec başladığı üçün klub 3000 manat cərimə edilib. Həmin qarşılaşmada "Araz-Naxçıvan"ın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub daha 700 manat, ev sahibi "Sabah" isə Əsasnamənin tələblərini pozduğuna görə 1000 manat cərimə olunub.

"Zirə" klubu fevralın 8-də "Sumqayıt"la keçirilən matçda 5 və 25 nömrəli futbolçularının idman şortundakı oyun nömrələri düzgün olmadığına görə 1500 manat cəriməyə məruz qalıb.

Fevralın 10-da baş tutan "Şamaxı" – "Qarabağ" qarşılaşmasında Ağdam təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. Eyni zamanda, azarkeşlər tərəfindən sındırılmış 25 ədəd oturacağa görə stadiona dəymiş zərər "Qarabağ" komandası tərəfindən qarşılanacaq.

"Neftçi" – "Qəbələ" matçının 90+1-ci dəqiqəsində "ağ-qaralar"ın futbolçusu Elvin Bədəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klubu isə 500 manat cərimə edilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər