Tovuz Rayon İcra Hakimiyyətində yeni təyinatlar
Tovuz Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə icra başçısı Məmməd Məmmədov əmrlər imzalayıb.
İcra başçısının əmri ilə ləğv edilmiş İctimai- siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Taryel Əlixan oğlu Məmmədov Memarlıq-tikinti məsələləri sektoruna Böyük məsləhətçi təyin edilib.
İcra başçısının digər əmri ilə ləğv edilmiş İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Tofiq Elşən oğlu Əliyev İctimai-siyasi və humanitar məsələlər sektoruna müdir təyin olunub.
M.Məmmədovun digər əmrləri ilə ləğv edilmiş Hüquq şöbəsinin əvəzində yaradılan Hüquq və kadr məsələləri sektoruna rəhbər təyin olunub. Hüquq şöbəsində məsləhətçi işləmiş Hüseyn Ədalət oğlu Hüseynov sektora müdir təyin olunub.
Bununla yanaşı, ləğv edilmiş Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Azər Aydın oğlu Fərmanzadə yeni yaradılan Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoruna müdir vəzifəsinə gətirilib. O, həmçinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini vəzifəsinə də təyinat alıb.
İcra başçısının əmri ilə ləğv edilmiş Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Gülnar Paşa qızı Əsgərova Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin olunub.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AEBA rəhbəri Qazaxıstanda nüvə sahəsində əməkdaşlığı müzakirə edəcək
-
Holann cari mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub
-
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
-
Rubio: ABŞ Hörmüz boğazının açılışından sonra nüvə probleminin müzakirəsinə hazır olacaq
-
Füzuli sakinini ildırım vuraraq öldürüb
-
Mayk Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilib













