Dövlət başçısı: "Subsidiya veririk və 10 il bu davam edir, belə olmaz"
"Bizim ümumi kənd təsərrüfatının inkişafı və ixracı strategiyamızın əsasında bu olmalıdır. İxrac təbii ki, bazarlara bağlıdır. Bazarlar var - ənənəvi, var - yeni. Ona görə ənənəvi bazarlarda bizim məhsul nə vaxta qədər lazım olacaq? Bu təhlil də aparılmalıdır".
Bu sözləri Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə deyib.
Ənənəvi bazarlar, qlobal ərzaq təhlükəsizliyi və ixrac imkanları barədə danışan dövlət başçısı çıxışına bu fikirlərlə davam edib:
"Prinsipcə, müvafiq göstərişlər verildi ki, tərəfdaş ölkələrlə bu məsələlər də müzakirə edilsin ki, biz, tutaq ki, meyvə, tərəvəz, bostan məhsullarını böyük həcmdə ixrac edirik. Nə vaxta qədər buna tələbat olacaq bizim üçün ənənəvi sayılan bazarlarda? Çünki indi bir çox ölkələr ərzaq təhlükəsizliyi ilə məşğuldurlar. Düzdür, bəzi ölkələrdə iqlim imkan vermir ki, müxtəlif meyvələr yetişdirilsin. Ancaq hər halda bizim ixracımız bazarlara bağlı olmalıdır".
Prezident fermerlərə verilən subsidiyaların daha çevik mexanizmlə tənzimlənməsinin vacibliyini vurğulayaraq çıxışını bu sözlərlə yekunlaşdırıb:
"Ona görə subsidiyalar veriləndə, əlbəttə, bu amillər nəzərə alınmalıdır - daxili tələbatın bağlanması və ixrac imkanlarının genişləndirilməsi. Yəni ona görə subsidiyalar da çox çevik olmalıdır. Bəlkə də, hər il yenidən baxılmalıdır - həm rayonlar üzrə, həm yetişdirilən məhsul üzrə. Yəni bir dəfə bu məhsula bu qədər subsidiya veririk və 10 il bu davam edir, belə olmaz. Yəni bu, çox çevik mexanizm olmalıdır. Bu da təbii ki, bütün aidiyyəti qurumlar tərəfindən nəzərə alınmalıdır".
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AEBA rəhbəri Qazaxıstanda nüvə sahəsində əməkdaşlığı müzakirə edəcək
-
Holann cari mövsümdə İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olub
-
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
-
Rubio: ABŞ Hörmüz boğazının açılışından sonra nüvə probleminin müzakirəsinə hazır olacaq
-
Füzuli sakinini ildırım vuraraq öldürüb
-
Mayk Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilib













