İran rəsmiləri Qətərə yollandılar: ABŞ ilə mümkün sülh müqaviləsi müzakirə olunacaq
Parlamentin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçının rəhbərlik etdiyi İran nümayəndə heyəti ABŞ ilə ehtimal olunan müqaviləyə dair məsləhətləşmələr üçün Dohaya (Qətər) yollanıblar.
Bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində iranlı rəsmilər Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani ilə görüşlər planlaşdırıblar.
Qeyd olunur ki, səfərin əsas məqsədi münaqişənin dayandırılması yollarını tapmaqdır.
Danışıqlar zamanı başlıca diqqət Hörmüz boğazı ətrafındakı vəziyyətə və İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarına yönəldiləcək.
Agentliyin mənbəsi onu da vurğulayıb ki, nümayəndə heyətinin tərkibinə İran Mərkəzi Bankının rəhbəri də daxildir. Onun yekun razılaşma çərçivəsində İranın dondurulmuş maliyyə vəsaitlərinin azad edilməsi ilə bağlı müzakirələrə qatılacağı ehtimal olunur.
Xatırladaq ki, daha əvvəl ABŞ və İranın Yaxın Şərq regionunda gərginliyin azaldılmasına yönəlmiş mümkün sazişin parametrləri barədə ilkin razılığa gəldikləri bildirilirdi.
Oxşar xəbərlər
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
Rəsmilər Şəhidlər xiyabanında
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FHN SOCAR-ın Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
-
Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir?
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Siemens Energy" Transxəzər yaşıl enerji dəhlizi layihəsinə qoşulur
-
Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb













