Azərbaycanda su obyektlərinin mühafizəsi istiqamətində tədbirlər gücləndirilir
Far.Az xəbər saytı

Azərbaycanda su obyektlərinin mühafizəsi istiqamətində tədbirlər gücləndirilir


Azərbaycandakı su obyektlərinin mühafizəsi istiqamətində tədbirlər gücləndirilir.

"Far.Az" xəbər verir ki, bununla bağlı Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ilə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin rəhbər şəxsləri görüş keçirib.

Görüş zamanı Xəzər dənizinə, çaylara və göllərə zərərli təsirlərin qarşısının alınması istiqamətində görülmüş işlər barədə məlumat mübadiləsi aparılıb.

Su obyektlərinin, xüsusilə Abşeron yarımadasında mövcud olan göllərin tikinti və digər tullantılarla doldurulub ərazisinin kiçildilməsi halları, tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının qanunsuz olaraq su obyektlərinə axıdılıb çirklənməyə səbəb olması, eləcə də sintetik torlardan istifadə olunub su obyektlərinin fiziki çirkləndirilməsi məsələləri geniş müzakirə olunub.

Tərəflər qeyd olunan halların qarşısını almaq məqsədilə nəzarət tədbirlərini gücləndirmək, gələcəkdə birgə mübarizə tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Oxşar xəbərlər

İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər dənizinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər