İlqar Musayev: “Qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün kompleks yanaşılmalıdır”
Qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün kompleks yanaşma tətbiq etmək lazımdır.
"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi İlqar Musayev Bakıda keçirilən Beynəlxalq Kiberdiplomatiya Konfransında bildirib.
O qeyd edib ki, kiberhücumlar kritik infrastrukturların fəaliyyətini poza, məlumatları manipulyasiya edə və demokratik təsisatlara inamı zədələyə bilər: "Buna görə texniki tədbirlərlə yanaşı, qlobal kibertəhlükəsizliyi gücləndirmək üçün diplomatik səyləri, hüquqi çərçivələri və potensialı artırmaq təşəbbüslərini əhatə edən kompleks yanaşma tətbiq etməliyik”.
Onun sözlərinə görə, bu gün Kiberdiplomatiya Konfransında hökumət nümayəndələri, diplomatlar, kibertəhlükəsizlik üzrə mütəxəssislər, beynəlxalq təşkilatların nümayəndələri, akademik dairələr və özəl sektorun nümayəndələri iştirak edirlər: “Konfransda belə zəngin tərkibli iştirakçıların fikir və təcrübə mübadiləsi kibertəhlükəsizlik və kiberdiplomatiya sahəsində daha əhatəli və səmərəli yanaşmanın inkişafına mütləq töhfə verəcək".
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu gün xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NBA-da mövsümün ən yaxşı baş məşqçisi açıqlanıb
-
Quterreş: Dünyada təxminən 800 milyon insan kəskin yoxsulluq şəraitində yaşayır
-
AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır
-
Elnur Məmmədov: Bakı və Kito neft və enerji sahələrində əməkdaşlığı müzakirə edir
-
Peskov: Putinin və Paşinyanın yaxın vaxtlarda ünsiyyəti planlaşdırılmır
-
Qusarda polis tərəfindən zərərsizləşdirilən silahlı şəxslə bağlı TƏFƏRRÜAT













