"Gecə saat ikiyə, üçə kimi səs-küy olur" - Yasamalda tikilən kafedən ŞİKAYƏT
Paytaxtın Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsindəki 79 nömrəli binanın sakinləri məhəllə ərazisində inşa olunan tikilidən və həyətyanı sahənin özbaşına zəbt edilməsindən şikayətçidirlər.
Onların sözlərinə görə, Flora Bayramova adlı şəxs 2015-ci ildə həmin ərazi ilə bağlı müvafiq qurumdan rəy alsa da, sonradan bu icazənin hüdudlarını aşaraq ərazini genişləndirib.
Bir neçə ay əvvəl burada qanunsuz şəkildə kafe tikildiyi, sakinlərin şikayətlərindən sonra isə tikilinin söküldüyü bildirilir.
Lakin iddialara görə, problem bununla bitməyib. Hazırda həmin ərazidə yenidən tikinti işlərinə başlanılıb.
Sakinlərdən biri vəziyyətdən narazılığını belə ifadə edib: "Biz nə həyətə çıxa bilirik, nə də rahat gəzə bilirik. Tanımadığımız adamlar gəlib-gedir, səs-küy olur. Bloklarda hətta iynələr tapmışıq. Öz həyətimizdə gəzməyə ixtiyarımız qalmayıb".
"Əvvəllər bu xanım burada yaşayırdı. Kiçik qarajı vardı, sonra onu böyüdüb çayxanaya çevirdi. Səs-küydən burada yaşamaq mümkünsüz idi. Taksi sürücüləri yığışır, söyüşlər, davalar olurdu. Gecə saat ikiyə, üçə kimi səs-küy davam edirdi. Burada qazanxana yerləşir. Yanğın və ya qəza baş versə, təhlükə böyük olar. Şikayət etdik, icra hakimiyyəti gəlib tikilini sökdü. Amma sonra deyiblər ki, guya tikinti qanunsuz sökülüb. İki gün ərzində qapını bağlayıb yenidən tikintiyə başladılar", - başqa bir sakin deyib.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, vətəndaşın tikinti üçün müvafiq sənədləri mövcuddur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səbinə Əliyeva vətəndaşları qəbul edib
-
Fərid Axundov: "Bakı Fond Birjası" transformasiya mərhələsindədir"
-
IEA: Azərbaycanın yanvarda "OPEC+" kvotasından geri qalması gündəlik 90 min bareli üstələyib
-
Azərbaycan neftinin qiyməti 70 dollara düşüb
-
ŞKTR Prezidenti: Ada ilə bağlı prosesin sonsuz müzakirəyə çevrilməsini əngəlləmək istəyirik
-
Bakı-Qazax magistralında qorxulu anlar: Yük maşını aşdı - VİDEO













