KİV: Parisdə jandarmlara bıçaqla hücum edən şəxs xəstəxanada ölüb - YENİLƏNİB
Far.Az xəbər saytı

KİV: Parisdə jandarmlara bıçaqla hücum edən şəxs xəstəxanada ölüb - YENİLƏNİB


Parisdə Zəfər Tağı yaxınlığında jandarmlara bıçaqla hücum edən şəxs aldığı xəsarətlərdən xəstəxanada ölüb.

"Report"un məlumatına görə, bu barədə BFMTV telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb.

Daha əvvəl yayılan məlumatlara görə, hüquq-mühafizə orqanı əməkdaşlarından biri təhdid davranışına cavab olaraq atəş açıb.

"Europe 1" radiostansiyasının məlumatına görə, hücum edən şəxs əvvəllər polisin diqqətini cəlb etmişdi. O, digər cinayətlərlə yanaşı, Belçikada hüquq-mühafizə orqanlarına hücum etməkdə təqsirli bilinib.

Qeyd edək ki, hadisə 13 fevral axşamı Zəfər Tağında Əbədi Məşəlin yandırılması mərasimi zamanı baş verib. İstintaq Fransanın Terrorla Mübarizə üzrə Milli Prokurorluğu tərəfindən aparılır.

Fransanın paytaxtı Parisin 8-ci Dairəsinin Zəfər Tağı yaxınlığında bir kişi asayiş keşikşilərini bıçaqla hədələyib; jandarmlardan biri atəş açıb.

"Report"un məlumatına görə, bu barədə "Le Figaro" qəzeti polisdəki mənbəyə istinadən xəbər verib.

Qəzetin məlumatına görə, hücum edən şəxs saxlanılıb və sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə fevralın 13-də axşam Zəfər Tağında Əbədi Məşəlin yandırılması mərasimi zamanı baş verib.

Hücumçunun şəxsiyyəti hələ müəyyən edilməyib. Fransanın Milli Terrorla Mübarizə Prokurorluğu (PNAT) araşdırmaya başlayıb.

Oxşar xəbərlər

Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Parisdə Zəfər Tağı yaxınlığında naməlum şəxs jandarmı bıçaqla hədələyib
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Əminə Yusifqızı ilə vida mərasimi başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər