İlham Əliyev "France 24"ə qanunsuz separatçı rejimin liderlərinə verilən cəzadan danışıb
Onlar bizim ərazimizdə, Ermənistan da daxil olmaqla bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınan suveren Azərbaycan dövlətinin ərazisində qanunsuz fəaliyyət göstərən separatçı rejimin liderləridir.
"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə "France 24" telekanalının müxbirinin hərbi məhkəmənin Qarabağ bölgəsinin 13 şəxsinə ağır həbs cəzaları, o cümlədən keçmiş liderinə ömürlük həbs cəzası verməsinə dair qərarı ilə bağlı suala cavabında bildirib.
"Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz", - deyə dövlətimizin başçısı əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səbinə Əliyeva vətəndaşları qəbul edib
-
Fərid Axundov: "Bakı Fond Birjası" transformasiya mərhələsindədir"
-
IEA: Azərbaycanın yanvarda "OPEC+" kvotasından geri qalması gündəlik 90 min bareli üstələyib
-
Azərbaycan neftinin qiyməti 70 dollara düşüb
-
ŞKTR Prezidenti: Ada ilə bağlı prosesin sonsuz müzakirəyə çevrilməsini əngəlləmək istəyirik
-
Bakı-Qazax magistralında qorxulu anlar: Yük maşını aşdı - VİDEO













