Azərbaycan neftinin qiyməti 70 dollara düşüb
Far.Az xəbər saytı

Azərbaycan neftinin qiyməti 70 dollara düşüb


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,17 ABŞ dolları və ya 3 % azalaraq 70,03 ABŞ dolları təşkil edib.

BAKU.WS xəbər verir ki, bu barədə report-a neft bazarındakı mənbədən bildirilib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti 67,36 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan nefti 2 %-dən çox ucuzlaşıb
Azərbaycan neftinin qiyməti 64 dolları keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər