Ötən il BP-nin Azərbaycandakı əməkdaşlarının sayı 3 %-ə yaxın azalıb
Far.Az xəbər saytı

Ötən il BP-nin Azərbaycandakı əməkdaşlarının sayı 3 %-ə yaxın azalıb


2025-ci ilin sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 344 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

"Far.Az" xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin 2025-ci ilin nəticələri üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, bu, 2024-cü ilin göstəriciləri ilə müqayisədə 69 nəfər və ya 2,8 % azdır.

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 %-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 % yerli vətəndaşlardan ibarətdir.

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Xatırladaq ki, 2024-cü ildə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 413 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

Oxşar xəbərlər

"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər